Malların çatdırılması şərtləri və qiyməti

Bu saytda təqdim olunan malların Azərbaycan Respublikası ərazisində bütün şəhər və bölgələrə çatdırılması mümkündür. Bakı, Sumqayıt şəhərləri ərazisində və Abşeron yarımadası ərazisindəki digər yaşayış məntəqələrinə malların çatdırılmasının qiyməti 2 avro təşkil edir. Azərbaycanın digər şəhər və bölgələrinə çatdırılma qiyməti 5 avro təşkil edir. Ümumi dəyəri 100 avrodan artıq olan sifarişlər Azərbaycanın bütün ərazilərinə pulsuz çatdırılır. Malların ödənişi ödəniş gününə olan EUR-AZN məzənnəsinə uyğun olaraq manatla həyata keçirilir.

Çatdırılma müddəti

Bakı, Sumqayıt şəhərlərinə və Abşeron yarımadası ərazisindəki digər yaşayış məntəqələrinə malların çatdırılma müddəti 3 iş günü təşkil edir. Ölkənin digər bölgələrinə mallar 10-15 iş günü ərzində çatdırılır.

Ödəniş

AZAL Store saytında ödəniş Azərbaycan Respublikasının bankları tərəfindən buraxılan VISA, MasterCard və Maestro debet və kredit kartları vasitəsilə qəbul edilir.

Bakı və Abşeron ərazisinə kuryer vasitəsi ilə çatdırılmış sifarişlərin dəyərini sifariş çatdırılan zaman kuryerə ödəmək mümkündür. Azərbaycanın digər regionlarından gələn sifarişlər yalnız ilkin ödəniş həyata keçirildikdən sonra poçt xidməti vasitəsilə göndərilir.