İstifadə şərtləri

Saytdan istifadə

Bu sayt (bundan sonra "AZAL Store") ilkin materiallarda və onların istənilən surətlərində olan müəlliflik hüququ haqqında bütün məlumatların və mülkiyyət hüququ haqqında digər məlumatların qorunması şərti ilə materialların şəxsi qeyri-kommersiya məqsədilə istifadəsi üçün baxışına və yüklənməsinə icazə verir. Saytın administrasiyasının icazəsi olmadan Saytın materiallarını dəyişdirmək, həmçinin kommersiya məqsədi ilə hər hansı məlumatı yaymaq və ya onu nümayiş etdirmək qadağandır. Saytın administrasiyası bu Saytda təqdim olunan materiallarda, həmçinin Saytda yerləşdirilən məhsul və qiymətlərdə əvvəlcədən xəbərdarlıq etmədən dəyişiklik edə bilər. Bu Saytın istifadəsi nəticəsində dəyən hər hansa ziyana, bu saytın istifadəsi mümkün olmadığı halda və ya saytdan istifadənin nəticələrinə görə AZAL Store məsuliyyət daşımır.

Saytda qeydiyyat

Saytda qeydiyyatdan keçərək, Siz özünüz barədə düzgün məlumatı və əlaqə məlumatlarınızı təqdim etməyə razı olursunuz. Saytda qeydiyyatdan keçdiyiniz zaman Sizə login və parol verilir və Siz onların təhlükəsizliyinə görə məsuliyyət daşıyırsınız. Həmçinin Saytda login və parolunuz altında yerinə yetirilən bütün hərəkətlərə görə məsuliyyət daşıyırsınız.

Əks əlaqə və şərhlər

Bizə müraciət edərkən və ya saytda şərhlər qoyarkən məlumatın qeyri-qanuni, zərərverici, təhdidedici, iftiralı olduğuna , mənəviyyatı təhqir etdiyinə, müəllif hüquqlarını pozduğuna, insanların etnik, irqi, dini, cinsi, sosial əlamətlərə görə ayrı-seçkiliyini və/və ya nifrəti təbliğ etdiyinə, konkret şəxslərin və ya təşkilatların ünvanına təhqirlər ehtiva etdiyinə, habelə hər hansı başqa şəkildə Azərbaycan Respublikasının mövcud qanunvericiliyini pozduğuna görə məsuliyyət daşıyırsınız. AZAL Store saytının razılığınız olmadan sizin hər hansı məlumatınızı silə bilməsi, habelə öz mülahizəsinə görə pulsuz istifadə edə bilməsi ilə razılaşırsınız.

Fərdi məlumatların istifadəsi

Siz AZAL Store saytına daxil olduğunuz zaman biz informasiyanın toplanması və saxlanması üçün müxtəlif texnologiyalardan istifadə edirik. Bu özünə bir və ya bir neçə eyniləşdirmə faylı və ya anonim identifikator daxil edə bilər. Həmçinin Siz tərəfdaşlarımızın təklif etdiyi xidmətləri, məsələn digər saytlarda reklam xidmətləri ilə qarşılıqlı əlaqədə olduğunuz zaman da biz eyniləşdirmə (cookie) fayllardan və anonim identifikatorlardan istifadə edirik.

İnternet-mağazadan malın alınması

AZAL Store internet mağazası VISA/MASTERCARD və Maestro kredit kartlarını ödəniş üçün qəbul edir. Onlayn ödənişlər prosessinq mərkəzinin saytında təhlükəsiz şlüz (HTTPS) vasitəsilə həyata keçirilir. Alıcı tərəfindən ödəniş etmək üçün istifadə olunan kredit və ya debet kartında olan məlumat AZAL Store internet-mağaza əməkdaşlarına daxil olmur. Alıcının ödəniş məlumatının itməsinə və ya təsdiq edilməyən istifadəsinə görə AZAL Store məsuliyyət daşımır.

Qaytarılma şərtləri

Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən alıcı malı satıcıya 14 gün ərzində, malın əmtəə görünüşünün, bütün damğa və plombların, malın alınması zamanı alıcıya təqdim edilmiş sənədlərin saxlanması şərti ilə qaytara bilər. Alıcı malın AZAL Store internet mağazaya geri göndərilməsi ilə bağlı bütün xərcləri öz üzərinə götürür.